Yol hərəkəti təhlükəsizliyi

Nəqliyyatın təhlükəsiz idarə olunması standartları

  • Nəqliyyat vasitəsinin hərəkətdə olduğu bütün hallarda, təhlükəsizlik kəmərləri hər bir kəs tərəfindən taxılmalıdır

  • Sürücülər müvafiq qaydada qiymətləndirilməli, sürücülük vəsiqəsinə malik olmalı, təlim görməli, nəqliyyat vasitəsini idarə etmə ilə bağlı bilik və bacarıqlara sahib olmalıdırlar

  • Nəqliyyat vasitələri müvafiq nəzarət sistemi ilə təchiz olunmalıdır və bu sistemin verdiyi hərəkət məlumatları təhlil olunaraq, Sürücülərlə və rəhbərliklə bölüşülməlidir

  • Sürücülər nəqliyyat vasitəsini idarə etməyə tibbi cəhətdən yararlı olmalı, lazımi qaydada dincəlmiş, ayıq-sayıq olmalı. Yorğun, yaxud əzgin olduqda sükan arxasına keçməməlidirlər

  • Nəqliyyat vasitəsini idarə edərkən, Sürücülər mobil telefondan, yaxud digər ikitərəfli rabitə vasitəsindən istifadə etməməlidirlər

  • Sürücülər alkoqolun, və ya narkotik vasitələrin, o cümlədən sürmə qabiliyyətini zəiflədə biləcək hər hansı digər maddənin, yaxud dərman vasitəsinin təsiri altında olmamalıdırlar

  • Nəqliyyat vasitələri istismara tam uyğun və hazır olmalı, daim yararlı, təhlükəsiz vəziyyətdə saxlanılmalı və işlək təhlükəsizlik kəmərləri ilə təchiz olunmalıdır

  • Sərnişinlərin sayı nəqliyyat vasitəsi üçün istehsalçının müəyyən etdiyi normadan artıq olmamalıdır (sərnişin oturacaqlarının sayına əsasən)

  • Yüklər təhlükəsiz şəkildə yerləşdirilməli və istehsalçı tərəfindən müəyyən olunan normaları, o cümlədən qanuni maksimum həddi aşmamalıdır

  • Səfərin riskləri müəyyən olunaraq qiymətləndirilməli və risklərinin idarə olunması planı mövcud olmalıdır

  • Şirkətin idarəetmə sistemi quru nəqliyyatı təhlükəsizliyinin idarə olunması və səmərəli tətbiqi tələblərini ehtiva etməlidir

  • Nəqliyyat vasitəsini idarə edən zaman, istənilən yol-nəqliyyat şəraitində - Sürücülər daim gözlənilməyəni gözləməlidirlər