Şirkətin siyasəti

Şirkətin Siyasəti

Missiyamız

Qala Express tələb və təklif arasında ən səmərəli bazar həllinin təminatıdır


İnkişaf konsepsiyamız

Qala Express, beynəlxalq standartların tətbiqinə nail olan, ən yaxşı milli ənənələri və ən son sənaye texnologiyalarını özündə birləşdirən Azərbaycanın nəqliyyat və logistika şirkətidir.


Şirkətimizin məqsədi, təhlükəsizliyi, etibarlılığı və səmərəliliyi ehtiva edən, ətraf mühitin mühafizəsinə yönəlik, o cümlədən, həm icraçılar, həm də istifadəçilər üçün qənaətbəxş sayılacaq, ən mükəmməl nəqliyyat sisteminə nail olmaqdır. Qala Express vahid dəyərləndirmə sistemindən və geniş təcrübədən istifadə etməklə hər bir müştərisinə yüksək səviyyədə xidmət təmin edir və sayı artmaqda olan müştərilər üçün bazarda seçilən təchizatçı olmağa çalışır.


Əsas Dəyərlərimiz


  • Təhlükəsizlik
  • Nəticənin əldə edilməsi
  • Peşəkarlıq
  • Maliyyə effektivliyi
  • Komanda ruhu
  • Etibarlı və uyğun xidmət
  • İnnovativ sadələşdirmə


Şirkətin Əsas Dəyərlərini rəhbər tutaraq, Qala Express işçi heyəti gündəlik fəaliyyətində aşağıdakı davranış prinsiplərinə riayət edir:


  • Ədalət
  • Nizam-intizam
  • Səmimiyyət və doğruluq
  • Məlumatın məxfiliyi
  • Məsuliyyət və cavabdehlik


Bu Siyasətin Qala Express tərəfindən sistematik olaraq həyata keçirilməsini təmin etmək və iş göstəricilərində davamlı inkişafı həyata keçirmək üçün bütün əməkdaşların dəstəyi və iştirakı tələb olunur. Bu səbəbdən bütün səviyyələrdə kommunikasiya, təlim və məsləhətləşmə əsas tələbdir.


Bu Siyasət, zəruri hallarda maraqlı olan bütün tərəflərə təqdim edilə bilər.


Funksional siyasət və prosedurlar


İnsan Resurları


  • QE-HR-001 İnsan Resursları siyasəti
  • QE-HR-002 İşəgötürmə prosesi
  • QE-HR-003 İşçinin tibbi yararlılığı
  • QE-HR-004 İşçinin mükafatlandırılması və intizam tədbirləri
  • QE-HR-007-01 Sürücülərin nizam-intizam kodeksi
  • QE-HR-EC-003 Rüşvətxorluq və korrupsiya əleyhinə
  • QE-HR-EC-004 Hədiyyələr və əyləncə


SƏTƏM


  • QE-HSE-001 SƏTƏM siyasəti
  • QE-HSE-002 Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin idarə olunması
  • QE-HSE-003 Narkotik və alkoqoldan sui-istifadə
  • QE-HSE-004 Qəza hallarının məruzə olunması və araşdırılması
  • QE-HSE-007 Sərnişin nəqliyyatında risklərin qiymətləndirilməsi
  • QE-HSE-008 Fövqəladə hallar planı
  • QE-HSE-009 Şəxsi heyətin SƏTƏM bilgisi
  • QE-HSE-010 Sürmə təhlükəsizliyi proseduru