Qala Express MMC Azərbaycanda və Regionda tam şəkildə logistika və nəqliyyat xidmətlərini həyata keçirir. O, öz fəaliyyətinə 2008-ci ildə başlayıb və yerli müasir daşınma sahəsində ilk şirkətlərdəndir.
Şirkətin ilkin məqsədi Ölkədə təhlükəsiz və etibarlı daşınma xidmətlərinin inkişaf etdirilməsi olmuşdur. Bu gün Qala Express şirkəti həm logistika, həm də nəqliyyat sahəsində, artıq ixtisaslaşmış bir şirkətə çevrilmişdir.
Qala Express MMC müxtəlif qabaritli 50-dən çox nəqliyyat vasitəsi ilə müştərilərin xidmətindədir. Şirkətin əsas fəaliyyət istiqamətlərinə quru nəqliyyatında yük daşıma, sərnişin daşıma, avtobus xidməti, dispetçer və sürücü xidməti, nəqliyyat işinin tam idarə olunması xidmətləri daxildir.